top of page

О КНИГЕ

Kitabda Karneginin üç böyük əsəri toplanmışdır.

1) “DOSTLARI QAZANMAQ VƏ İNSANLARA TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR”,

2) “KÜTLƏVİ NİTQLƏRDƏ ÖZÜNƏ İNAMI NECƏ YARATMALI VƏ İNSANLARA NECƏ TƏSİR ETMƏLİ”,

3) “NARAHATLIĞI ARADAN QALDIRMAQ VƏ RAHAT YAŞAMAĞA BAŞLAMAQ NECƏ OLAR”

Bu kitabı onun külliyyatı da adlandırmaq olar. Altmış ildən çoxdur ki, Carnegie`nin kitabları bu gün çox məşhur olan min­ lərlə insanın biznes və şəxsi həyatında uğur qazandırıb.

Siz bu kitabda öz imkanlarınızdan maksimum səmərəli istifadənin yol­larını mənimsəyəcəksiz:

İnsan hazırlığının üç əsas üsulları

Sənə bənzər insanları tapmağın altı yolu

Düşüncəylə insanlar üzərində qələbə çalmağın on iki üsulu

Narazı salmadan insanları dəyişməyin doqquz üsulu

Pis vərdişlərdən xilas olmağın yolları.

Bugünkü həyatına və gələcəyinə görə narahatlıq hissləri keçirən səkkiz milyon insan iztirablardan, qorxudan “NARAHAT OLMAĞA NECƏ SON QOYMALI VƏ RAHAT YAŞAMAĞA BAŞLAMALI” kitabı vasitəsilə xilas olmuşdur.

Bu kitab sənin biznes narahatçılığının və ya digər problemlərinin 50 fai­ zi­ ni aradan qaldırmağa, maliyyə narahatçılığından azad olmağa, yorul­ ma­ dan çalışmağa, özünü aramağa, özünü tapmağa yardım edəcəkdir.

Şəxsi həyatınızda, biznesinizdə, dost çevrəsi qazanmaqda uğurlu ol­maq, eləcə də liderliyin sirlərini bilmək istəyirsinizsə, o zaman bu kitabı oxuyun.

Dale Carnegie

HOW TO WIN FRIENDS AND

INFLUENCE PEOPLE

Deyl Karnegi

DOSTLARI QAZANMAQ VƏ İNSANLARA

TƏSİR GÖSTƏRMƏK NECƏ OLAR

Natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur.

Kitab geniş oxucu kütləsinə ünvanlanmışdır.

Dostları necə qazanmalı? | Dale Carnegie

16,90 AZNЦена
Нет на складе
  • Biz yalnız oxuduğumuz və bəyəndiyimiz kitabları satırıq. Əgər kitabı bəyənməzsənizsə 3 gün ərzində həmin kitabı qaytara və ya dəyişdirə bilərsiniz.

  • Bu kitabın çatdırılması + xüsusi hədiyyəlik çantanın qiyməti cəmi 3 AZN təşkil edir.

    25 AZN- və daha yuxarı məbləğ üçün çatdırılma pulsuzdur.

bottom of page