top of page

О КНИГЕ

XXI əsrdə texnologiyanın və xüsusilə internetin inkişaf etməsi, daha çox insanları və sahələri əhatə etməsi ilə bazar və marketinq anlayışları fərqli forma almağa başlamışdır. Artıq bizneslər həm strateji və həm də marketinq planlaşdırmasında fərqli yanaşmalar tətbiq edir və internetin verdiyi imkanlardan daha geniş istifadə edirlər. Dinamik inkişaf edən və innovasiyalarla zəngin olan yeni, daha rəqabətli bazarda uğur qazanmaq istəyən hər kəs internetin verdiyi imkanlardan maksimum dərəcədə istifadə etmək məcburiyyətindədir.

Məhsulunuzu reklam etməyin ən yaxşı, üstünlük verilən və bütün dünyada milyonlarla müştəriyə çatmaq üsulu Sosial Mediadan istifadə etməkdir. Bildiyiniz kimi internetdən milyardlarla insan isti­fa­də edir və siz sadəcə müxtəlif sosial media vasi­tələrdən istifadə etməklə onlara özünüz haqda mə­lumat verə bilərsiniz. Bu kitabda biz müxtəlif sosial media platformalarından istifadə edərək öz marketinq hədəflərimizə necə çata biləcəyimiz haqda danışacağıq. Hər bir sosial media platformasını ayrılıqda müzakirə edəcək və onların nədən sizin şirkətiniz üçün yaxşı seçim olduğunu aydınlaşdıracağıq. Əsas məqsəd rəqiblərinizi qabaqlamaq və öndə getmək olacaq.

Sosial media marketinq - Qrant Kennedi

5,00 AZNЦена
Нет на складе
  • Çatdırılma və hədiyyəlik çanta qiymətə daxildir

bottom of page